Bayden Rikeri Bakıya niyə göndərib? – SON NÖQTƏ bu gün İrəvanda qoyulacaq

Hazırda oxunan: Bayden Rikeri Bakıya niyə göndərib? – SON NÖQTƏ bu gün İrəvanda qoyulacaq

24086

Cənubi Qafqaz regionunda diplomatik missiyaların sürətli gediş-gəlişi artdığı bir dönəmdə ortaya müxtəlif suallar çıxmaqda davam edir. Qərbin bu bölgədə gerçək istəyi nədir?

Erməni faktorundan bir daha təzyiq kimi istifadə eədrək hansı balansı yaratmaq istəyirlər? Sualların bir qisminin cavabı ABŞ diplomantının son səfərində aydın olmağa başlayıb.

“Ermənistan-Azərbaycan münaqişəsində çox həyatlar itirilib. Biz yeni eskalasiyanın (silahlanma, konfliktin kəskinləşməsi) mümkünlüyündən narahatıq. Bu səbəbdən də hər iki tərəfi demarkasiya məsələlərini sülh yolu ilə həll etməyə çağırır, orduları sərhəddən geri çəkməyə səsləyirik”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin köməkçisi Filipp Riker Bakıya səfəri çərçivəsində səsləndirib. Riker çıxışının davamında Vaşinqtonun Bakı və İrəvanı konflikti ATƏT-in Minsk Qrupu çərçivəsində çözməyə çağırdığını deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana gəldi


Bundan başqa, Filipp Riker də demarkasiyanın köhnə SSRİ sərhədləri çərçivəsində aparılmasının vacibliyini vurğulayıb. Əlavə edib ki, ABŞ prosesin texniki tərəflərinə dəstək göstərməyə hazırdır. 

Amma Bakıda onun diqqətinə çatdırılıb ki, münaqişə artıq həll olunub və Minsk Qrupunun sırf bərpa işlərində iştirakı mümkündür. O da vurğulanıb ki, hazırda regiondakı məsələləri Rusiya, Türkiyə və Azərbaycan həll edir. 

Bütün bunlar Amerikanın oyundan kənar vəziyyətdə qalmasını və situasiyanın masaüstü tərəflərini müharibədən əvvəlki duruma gətirmək istəyi ilə bağlıdır. Çünki Cənubi Qafqazın Zəngəzur siyasi masasında Moskva və Ankara olsa da Vaşinqton yoxdur.

Bayden isə Bakının təqdim etdiyi bu reallıqla barışmaq fikrində deyil. Türkiyənin ABŞ ilə müttəfiqliyini nəzərə alsaq, gözlər Bayden-Ərdoğan görüşünə dikilir. Bu görüşdə amerikalılarla türklər dil tapsa belə, Rusiya Cənubi Qafqazda ABŞ-a çətin yer tapar.

Çünki Kreml də bilir ki, regionda Ağ Ev və Eyfel diplomatiyası görünsə, Qarabağdakı rus sülhməramlılarının ömrü qısala bilər.

Vaxt daralır, gərginlik isə özünü Azərbaycan Ermənistan sərhəddində hər gün biruzə verir. Bu məsələlərə aydınlıq isə iyunun 14-də Ərdoğan-Bayden, iyunun 16-da Putin Bayden görüşlərindən sonra gələcək.  

Xatırladaq ki, ABŞ dövlət katibinin köməkçisi Filipp Riker öncə Tbilisidə, sonra Bakıda səfərdə olub. Bu gün isə İrəvanda görüşlər keçirməsi planlaşdırılıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin