Qırğızıstanlı səfir Azərbaycana minnətdarlıq etdi

Hazırda oxunan: Qırğızıstanlı səfir Azərbaycana minnətdarlıq etdi

240520

Xəbər verdiyimz kimi, bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyi 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobilini Qırğızıstana verib. Humanitar yardım Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə göndərilib.

Bizim.Media xəbər verir ki, Qırğızıstanın Bakıdakı səfiri Maksat Mamıtkanov bununla bağlı jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevin simasında Azərbaycan rəhbərliyinə səmimi minnətdarlığını bildirib.

Səfir, həmçinin Azərbaycanın Qırğızıstana göndərdiyi növbəti yardıma görə Azərbaycan xalqına və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə təşəkkür edib.

Onun sözlərinə görə, bu yardım hazırda ölkəsi üçün həqiqətən də çox vacibdir.

“Məhz yaz aylarında sel və digər fövqəladə hallar baş verir. Xüsusi texnika Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi üçün çox faydalı olacaq”, - Mamıtkanov qeyd edib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin