Almaniya Prezidenti İLK DƏFƏ Azərbaycana gələcək

Hazırda oxunan: Almaniya Prezidenti İLK DƏFƏ Azərbaycana gələcək

239743

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender 30 mart - 2 aprel tarixlərində Ermənistan və Azərbaycana səfər edəcəklər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı prezidentin mətbuat xidməti yayıb. 

Hər iki ölkəyə bu, Federal Prezidentin ilk səfəridir. 

Frank-Valter Ştaynmayer Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşəcək. O, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Bakının tarixi mərkəzinə baş çəkəcək, xristian, müsəlman və yəhudi ruhaniləri ilə tolerantlıq və dinlərarası anlaşma mövzusunda müzakirələr aparacaq. O, həmçinin Azərbaycanda qadınların vəziyyəti ilə bağlı müzakirələrdə iştirak edəcək. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin