Bosniya və Herseqovinanın müdafiə naziri İlham Əliyevin QƏBULUNDA - FOTO/VİDEO

Hazırda oxunan: Bosniya və Herseqovinanın müdafiə naziri İlham Əliyevin QƏBULUNDA - FOTO/VİDEO

239710

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib.

Bizim.Media xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Bosniya və Herseqovina arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, ölkələrimizin Müdafiə nazirliklərinin və müdafiə sənayesi qurumlarının əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulanıb.

Qonaq Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin əhəmiyyətini qeyd edib.

Zukan Helez ölkəmizin Bosniya və Herseqovinada müxtəlif sahələrdə təmsil olunmasının önəmini diqqətə çatdırıb və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını deyib.
 

Bosniya və Herseqovinaya rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyyanamənin imzalandığını qeyd edib və Azərbaycanın bu sənədin tələblərindən irəli gələn bütün işləri görməyə, əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb.


Görüşdə əməkdaşlığımızın pesrpektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin