“Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almamağımdır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, qanunverici orqanın toplantılarında bəzi məsələlərin qaldırılmasının səbəbi məmurlardır:
“Çünki bəzi problemləri 2-3 dəfə qaldırıram, bu zaman qurumlardan belə cavab verilir ki, bunu 3 dəfə qaldırıbsınız, daha buna toxunmayın. Bunu demək doğru deyil. Mənim burada hansı məsələlələri qaldıracağımı hansısa məmur müəyyən etmir. Mənim qaldrıdığım məsələləri seçicilərim müəyyənləşdirir. Seçicim gəlir, mənə müraciət edir ki, Birinci Qarabağ müahribəsi qazisidir, əlində məhkəmə qərarı var. Amma qurumlardan cavab ala bilmir. Qurumlara müraciət edirəm, deyirlər baxılacaq. Nə vaxt baxılacaq?! Niyə baxılmır. Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inanın. Hələ bir sayırlarda neçə dəfə çıxış edilib. Bu sözlərinin müəllifləri kim olduqlarını anladılar”.
Komitə sədri həmçinin bəzi məmurlara deputatlarla danışığına fikir vermələrini tövsiyə edib:
“Dövlət məmuru öncə insanlarla, vətəndaşla danışmağı öyrənməlidir. Deputatla danışanda üslublarına diqqət etsinlər. Əgər onlar buna əməl etməsələr, bundan sonra mən onların adlarını da çəkəcəyəm”.
Deputat qeyd edib ki, Göytəpə arxeoloji parkı qurulmur:
“Bununla bağlı prezidentin sərəncamı var. Niyə həmin sərəncam yerinə yetirilmir? Buna cavab verin!”
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:46 / 08.06.2021
“Əməl etməsələr, o məmurların adlarını açıqlayacam” – Parlamentdə SƏRT ÇIXIŞ
Hazırda oxunan: “Əməl etməsələr, o məmurların adlarını açıqlayacam” – Parlamentdə SƏRT ÇIXIŞ
Hazırda oxunan: “Əməl etməsələr, o məmurların adlarını açıqlayacam” – Parlamentdə SƏRT ÇIXIŞ
23971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.