Qırğızıstan XİN: “Bakı və İrəvan arasında sülh sazişi tarixi hadisə ola bilər”

Hazırda oxunan: Qırğızıstan XİN: “Bakı və İrəvan arasında sülh sazişi tarixi hadisə ola bilər”

239422

Qırğızıstan Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in məlumatında deyilir.

"Qırğız Respublikası Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır", - məlumatda bildirilib.
 

Qeyd olunub ki, Qırğızıstan tərəfi sülh sazişinin bağlanması üçün tərəflərin səylərinə dəstəyini ifadə edir, bu, Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə tarixi hadisə olmalıdır.


"Qırğız Respublikası Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin qurulmasının tərəfdarıdır və bu baxımdan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərin normallaşması prosesinin konstruktiv xarakterini böyük nikbinliklə qeyd edir", - məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin