Deputatların fikirlərinə Əli Əsədovdan CAVAB - "Razı deyilik"

Hazırda oxunan: Deputatların fikirlərinə Əli Əsədovdan CAVAB - "Razı deyilik"

239343

“Qarşımızda yeni tapşırıqlar və həll olunmayan məsələlər var. Təbii olaraq, iş olan yerdə hansısa çatışmazlıqlar olur. Bu gün millət vəkilləri tərəfindən söylənən fikirlərin bəziləri ilə prinsip cəhəti ilə razı deyilik. Bəzilərinin yeri var, yəqin ki, biz o məsələlərə bu və ya digər səbəbdən baxa bilməmişik”. 

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə deputatların sual və təkliflərinə cavab verərkən deyib. 

Baş nazir bildirib ki, bəzi məsələlər nəzarətə götürüləcək:

“Milli Məclis qarşısında çıxış edərək deyə bilərəm ki, keçmiş illərdə olduğu kimi bu məsələlər hökumət tərəfindən nəzarətə götürüləcək və hökumətin müvafiq qurumları tərəfindən həlli istiqamətində addımlar atılacaq”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin hesabatı dinlənilib. Daha sonra çıxış edən deputatlar bir sıra məsələlərlə bağlı təklif və suallarını hökumət üzvlərinin diqqətinə çatdırıblar.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin