Putinin cavabı Trampı ÖZÜNDƏN ÇIXARDI – ABŞ sərt cavab həmləsinə HAZIRLAŞIR...

Hazırda oxunan: Putinin cavabı Trampı ÖZÜNDƏN ÇIXARDI – ABŞ sərt cavab həmləsinə HAZIRLAŞIR...

239315

Ukraynanın 30 günlük atəşkəsə razı olmasına rəğmən Rusiya bundan imtina edib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, hərbi əməliyyatları dayandırmaq təklifinə razıdır, lakin bu vəziyyət uzunmüddətli sülhə gətirib çıxarmalıdır:

“Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq, lakin ondan çıxış edirik ki, bu proses uzunmüddətli sülhə gətirib çıxarsın və böhranın ilkin səbəblərini aradan qaldırsın”.

Putin qeyd edib ki, Rusiya tərəfi həmçinin 30 günlük atəşkəs müddətində Ukrayna tərəfinin əsgərlərə təlim keçməyəcəyi və silah almayacağı ilə bağlı təminat gözləyir.

ABŞ-ın cavabı gecikmədi...

Görünən qədərilə, Putinin sözügedən reaksiyası Trampı narazı salıb. Bunun nəticəsidir ki, ABŞ Rusiyaya qarşı sanksiyaları artırmaq qərarına gəlib. “CBS News” nəşrinin məlumatına görə, Ağ Ev administrasiyası Rusiyanın ABŞ-nin ödəniş sistemlərinə çıxışını daha da məhdudlaşdıraraq, neft, qaz və bank sektorlarına əlavə məhdudiyyətlər qoyub.

İlk addım olaraq ABŞ Maliyyə Nazirliyi, Bayden administrasiyası tərəfindən sanksiya tətbiq edilən Rusiya bankları ilə müəyyən əməliyyatların davam etdirilməsinə icazə verən lisenziyanın müddətini uzatmaqdan imtina edib. Müddət martın 12-də bitirdi. Artıq banklar enerji ilə bağlı iri əməliyyatlar aparmaq üçün ABŞ-nin ödəniş sistemlərinə daxil ola bilməyəcəklər.

Proseslər necə cərəyan edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Rusiya atəşkəs barədə təklifə əslində “yox” deməyib:

“Rusiya “hə” dedi, ancaq vaxt qazanmağa çalışdı. Çünki Kurskda rus qoşunları ərazinin böyük hissəsini yenidən öz nəzarətlərinə qaytarmağa nail olublar. Hardasa 200 kvadrat metrlik ərazi qalıb. Moskva sözügedən razılaşmanı yerdə qalan bu ərazilərə nəzarəti bərpa edəndən sonra imzalamaq istəyir”.

Politoloq qeyd edir ki, Putin Trampla münasibəti pozmaqda qətiyyən maraqlı deyil:

“Lakin ona vaxt qazanmaq lazımdır. Bu səbəbdən də bir neçə şərt irəli sürdü. Bu şərtlər də Kurskdakı vəziyyətin necə olacağı, atəşkəsi kimin təmin edəcəyilə bağlı idi. Tramp daha əsaslandırıcı təkliflər versə, Putin atəşkəslə razılaşmaq məcburiyyətində qalacaq. Ola bilsin yaxın günlərdə Trampla Putin arasında telefon danışığı olsun”.

Həmsöhbətimiz yaxın günlərdə atəşkəs razılaşmasını Rusiyanın da qəbul edəcəyinə şübhə etmir:
 

“Ancaq söhbət ondan gedir ki, Trampın sülh planı Zelenskinin qətiyyən qəbul etməyəcəyi müddəalardan ibarətdir. Yəni Tramp Putinin “sülh planı”nı əsas götürüb. Artıq Putinin 3 tələbindən 2-ni qəbul etdiyini də bildirib. Söhbət Ukraynanın heç vaxt NATO-ya üzv olmaması və işğal altındakı ərzilərin geri qaytarılmamasından gedir. Zelenski isə deyir ki, ərazi güzəştinə getməyəcək və NATO barədə Moskva öz irədasini Kiyevə diktə edə bilməz.


Düşünürəm ki, atəşkəs barədə razılaşma əldə edilsə də, sonrakı mərhələdə Trampın sülh istəyinin reallaşması mümkünsüzdür. Çünki Ukraynada Trampın təklif etdiyi şərtlərə imza atacaq siyasətçi yoxdur. Heç kim buna cəsarət etməz”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin