Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmanı ALQIŞLAYIR

Hazırda oxunan: Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmanı ALQIŞLAYIR

239249

Almaniya Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə əldə olunan razılaşmanı alqışlayır.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok sosial şəbəkə hesabında paylaşım edib.

“Sülh sazişi ilə bağlı əldə edilən razılaşma ümidvericidir”, – deyə Berbok qeyd edib.

Almaniya XİN rəhbəri Azərbaycan və Ermənistanı sülh sazişini imzalamağa çağırıb.

Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin