Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birola “Dostluq” ordenini təqdim edib.
Bizim.Media xəbər verir ki, Fatih Birol bu ordenə COP29-da Azərbaycanın sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.
Prezident İlham Əliyev Fatih Birola Azərbaycanla həyata keçirdiyi əməkdaşlığa və COP29-da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Fatih Birol da öz növbəsində “Dostluq” ordeni ilə təltif olunmasından böyük qürur hissi duyduğunu deyib.
Qeyd edək ki, yanvarın 31-də İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan Respublikasının sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə Fatih Birol “Dostluq” ordeni ilə təltif etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:54 / 13.03.2025
İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim etdi – FOTO
Hazırda oxunan: İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim etdi – FOTO
Hazırda oxunan: İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim etdi – FOTO
239159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.