Ceyhun Bayramov: “Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb” - VİDEO

Hazırda oxunan: Ceyhun Bayramov: “Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb” - VİDEO

239145

“Sülh sazişi layihəsi ilə bağlı mən onu deyə bilərəm ki, sazişin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb. Buna görə, mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik”, - o bildirib.

Nazir qeyd edib ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların Konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun:

“Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və onun digər təchizatlarının da ləğv olunması vacib amildir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin