Prezident erməni diasporunu dəstəkləyən korrupsioner siyasətçilərin ADLARINI ÇƏKDİ

Hazırda oxunan: Prezident erməni diasporunu dəstəkləyən korrupsioner siyasətçilərin ADLARINI ÇƏKDİ

239094

Prezident İlham Əliyev onilliklərlə erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərin adlarını çəkib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı zamanı danışıb.

"Biz bu məsələləri Ermənistan nümayəndələri ilə, onların Brüsseldə əyləşən yeni rəhbərləri ilə qaldırırıq. İndi onlar böyük qardaşını dəyişiblər. İndi həmin o böyük qardaş Brüsseldir. Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAID ləğv olundu”, deyə İlham Əliyev qeyd edib.

Prezident bildirib ki, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı, amma o, sonuncu olmalı deyil:

“Yəni, necə deyərlər, bir qaranquşla bahar olmaz? Çünki onlar pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından ABŞ-da o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin