"Pakistanda sərnişin qatarında faciəli insan tələfatı ilə nəticələnən terror aktı bizi sarsıtdı və dərindən kədərləndirdi”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabında yaydığı bəyanatda qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
Pakistanda ələ keçirilən qatarda 50 girov HƏLAK OLUB - VİDEO
"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin dövrdə biz qardaş Pakistan İslam Respublikası ilə həmrəyyik və və terror təhdidinin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyirik”, - bəyanatda deyilir.
Qeyd edək ki, bu gün doqquz vaqondan və 450 sərnişindən ibarət olan qatar Hayber-Paxtunxva əyalətində Kvettadan Peşavərə hərəkət edərkən ələ keçirilib.
Bəlucistanın Bolan rayonunda ələ keçirilən "Jaffar Express" sərnişin qatarında olan girovlardan 50 nəfər silahlılar tərəfindən öldürülüb. Pakistanın təhlükəsizlik qüvvələri 150 girovu azad edib, 27 terrorçu isə zərərsizləşdirilib.
Bizim.Media