Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ÜST-nin Azərbaycan nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, Dr. Tedros 12-13 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XII Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya səfər edəcək. O, açılış mərasimində qlobal səhiyyə problemləri və beynəlxalq əməkdaşlığın vacibliyi ilə bağlı çıxış edəcək.
Səfər çərçivəsində Dr. Tedrosun hökumət rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirməsi də gözlənilir.
Bu görüşlərdə ÜST-nin Azərbaycanda səhiyyə inkişafı və gücləndirməndirilməsi istiqamətində mümkün əməkdaşlıq yolları ilə bağlı fikir mübadiləsi aparılacaq.
Bizim.Media