Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı GİZLİ PLANLARI

Hazırda oxunan: Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı GİZLİ PLANLARI

23900

Baxmayaraq ki, 10 noyabr və 11 yanvar bəyanatların imzalanmasından bir xeyli vaxt keçir erməni tərəfi hələ də Zəngəzur dəhlizinin açılması prosesini ləngitməklə məşğuldur. İşlərin bu məcrada davam etməsi isə ortaya bir çox suallar çıxarır. 

Bəzi politoloqların fikrincə Zəngəzur dəhlizi geosiyasi bir önəm daşıdığı üçün, Türkiyə ilə Azərbaycan arasında magistral və dəmiryolu xəttinin qurulmasını əngəlləmək məqsədi ilə Rusiya dəhlizinin açılmasından imtina edə bilər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu yayılan xəbərləri əsassız adlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

3 ölkənin XİN rəhbərləri Qarabağı müzakirə etdilər - TƏFƏRRÜAT


O, bildirib ki, dəhlizin açılmasında elə ən böyük maraqlı tərəf məhz Rusiyanın özüdür.

“Zəngəzur dəhlizinin açılması üçün məhz Rusiyanın müəllifliyi ilə 10 noyabr və 11 yanvar sazişi hazırlanıb. Orada da açıq -aşkar qeyd olunur ki, regional layihələr və kommunikasiya xətləri açılmalıdır. Bundan başqa Zəngəzur dəhlizinin üzərindən Rusiyanın da maraqları böyükdür”.

Politoloq bildirib ki, ən əsası Rusiya Azərbaycan üzərindən Ermənistana dəmir yolu əldə edəcək.

“2008-ci ildə Rusiya ilə Gürcüstan arasında müharibə olduğu üçün iki dövlət arasındakı dəmir yolu artıq 13 ildir ki, bağlıdır. Ona görə Rusiyanın neçə illərdir ki, Ermənistana birbaşa dəmiryol çıxışı yox idi. Bundan başqa Zəngəzur dəhlizinin açılması ilə  Rusiya Azərbaycan üzərindən Türkiyə bazarlarına çıxmaq imkanı əldə edir. Türkiyədən isə ona dünya bazarlarına yol açılır. Ona görə, hesab edirəm ki, Rusiya heç vaxt bu istəyindən imtina etməyəcək. Ortada reallıq var. Rusiya birmənalı olaraq regional layihələrin tezliklə işə düşməsini istəyir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin