Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.
Nazirin əmri ilə Rəhimov Azər Eldar oğlu Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin olunub. O bundan əvvəl DOST Agentliyinin Hüquq departamentinin müdiri vəzifəsini tutub.
Qeyd edək ki, bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini Orxan Hüseynzadə idi. O, ötən ilin noyabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. (Qaynarinfo)
Fotoda Orxan Hüseynzadə
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:01 / 12.03.2025
Yeni nazir Azər Rəhimova yüksək VƏZİFƏ VERDİ - FOTO
Hazırda oxunan: Yeni nazir Azər Rəhimova yüksək VƏZİFƏ VERDİ - FOTO
Hazırda oxunan: Yeni nazir Azər Rəhimova yüksək VƏZİFƏ VERDİ - FOTO
238973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.