Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir - BƏYANAT

Hazırda oxunan: Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir - BƏYANAT

238761

“Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir. İndi də özünü “parlament” kimi təqdim edən bir ovuc şəxsin xarici ölkələrin birinin parlamentinə anti-Azərbaycan məzmunlu müraciəti, Azərbaycana qarşı iş aparan hansısa “komissiya”nın iclası barədə məlumatlar yayılıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmsının bəyanatında bildirilib.

“Ermənistanın onun suverenliyinə qarşı heç bir addım atmayan, yalnız dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq istəyən Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina edib öz ərazisində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid edən qrupların fəaliyyətinə şərait yaratması qəbulolunmazdır.

Bütün bunlar bir daha Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını, əksinə silahlanma siyasətini davam etdirərək regionda gərginlik yaratmağa can atdığını nümayiş etdirir.

Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə maneə törədən belə destruktiv hərəkətlərdən çəkinməyə çağırır”, - bəyanatda deyilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin