Türkiyə Nazirlər Kabinetinin növbəti iclasının yekunlarına həsr olunmuş brifinqdə Türkiyə dövlətinin lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya səfərinin yekunlarını şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Prezident İlham Əliyevin martın 5-də Ankaraya səfəri zamanı biz muxtar respublikanı (Naxçıvan nəzərdə tutulur) azı 30 il qazla tam təmin edəcək İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etdik.
Qardaşım İlham Əliyevlə bir çox mühüm mövzuları, xüsusən də Ermənistanla sülh danışıqları məsələsini müzakirə etmək imkanımız da oldu”, deyə o, qeyd edib.
Bizim.Media