Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşdü

Hazırda oxunan: Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşdü

238660

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Londonda Böyük Britaniyanın Avropa, Şimali Amerika və Xarici Ərazilər üzrə dövlət naziri Stiven Doutin ilə görüşü baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” hesabında məlumat payylaşıb.

Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsi müzakirə mövzusu olub.

H.Hacıyev, həmçinin Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Conatan Pauell ilə də görüşüb. Görüşdə güclü Azərbaycan-Böyük Britaniya ikitərəfli tərəfdaşlığı və regional inkişaflar haqqında çox səmərəli müzakirə aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin