ABŞ və Çindən açıq SAVAŞ TƏHDİDLƏRİ – III Dünya Müharibəsi ALOVLANIR

Hazırda oxunan: ABŞ və Çindən açıq SAVAŞ TƏHDİDLƏRİ – III Dünya Müharibəsi ALOVLANIR

238602

Son zamanlar Vaşinqtonla Pekin arasında gərginlik daha da yüksəlməkdədir. Buna da hər iki tərəfdən bəzi rəsmilərin verdikləri açıqlamalar səbəb olub. ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ Çinlə müharibəyə can atmır, lakin Prezident Donald Trampın administrasiyasının rəhbərliyi altında buna hazır olmaq üçün öz ordusunu gücləndirəcək.

“Sülh arzusunda olanlar müharibəyə hazırlaşmalıdırlar. Buna görə də biz ordumuzu gücləndiririk. Buna görə də biz çəkindirmə qüvvəsini bərpa edirik. Döyüş ruhu onunla bağlıdır ki, biz çox fərqli ideologiyaları olan güclü, yüksələn ölkələrlə təhlükəli bir dünyada yaşayırıq. Biz Çinlə müharibə istəmirik və müharibəyə can atmırıq. Biz çalışacağıq, Prezident də çalışır ki, tarixi sülh olsun. Amma müdafiə naziri kimi mənim işim hazır olduğumuzdan əmin olmaqdır”, - o deyib.

Bununla Pentaqon rəhbəri Çin səfirliyinin “X” sosial şəbəkəsindəki “ABŞ-nin istədiyi müharibədirsə, istər tarif, istər ticarət, istərsə də hər hansı digər müharibə, biz sona qədər mübarizə aparmağa hazırıq” paylaşımına cavab verib.

Beləliklə, ABŞ-la Çin açıq şəkildə bir-birilə müharibəyə hazırlaşdıqlarını elan edirlər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, ABŞ-ı Çinin güclənməsi ciddi narahat edir:

“Amerika Çinin güclənməsindən təşvişə düşüb. Çin isə tamamilə Amerikanın qoyduğu qanunlar çərçivəsində fəaliyyət göstərir. Çin sadəcə azad bazar iqtisadiyyatı şəraitində rəqabət aparır, rəqabətə davamlı məhsullar istehsal edir, heç bir zorakı yola əl atmır. Belədə, Çin hər il trilyon dollardan yuxarı məhsul satır. Yaranmış vəziyyətdə Amerika iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı Çinə uduzmağa başlayıb. Ona görə də ABŞ hökuməti daxildə ciddi islahatlar həyata keçirməlidir. Amma Amerika cəmiyyəti belə islahatları qəbul etmir”.

Həmsöhbətimiz Pekinlə Vaşinqton arasında yaşanan bu gərginliyin açıq hərbi qarşıdurmaya çevriləcəyini düşünmür:
 

“Çinin inkişaf etməsi onları qıcıqlandırır. Nəticədə ABŞ Çini hədələmək yolunu tutub. Çin də ona adekvat cavab verir. Çin hər il 1 ədəd nəhəng təyyarədaşıyan gəmi, 1 ədəd atom sualtı qayığı, 15-20 iri hərbi gəmi istehsal edir. Çin ordusunun sayı ABŞ ordusunun sayından 3 dəfə çoxdur.


Belə olan halda Amerika qəzəblənir və nəticədə Çini hədələyir. Çin də öz növbəsində hədəyə hədə ilə cavab verir. Lakin onlar arasında yaşanan bu gərginlik açıq qarşıdurmaya gətirib çıxarmayacaq. Həm Çini, həm də ABŞ-ı zəngin, varlı yaşayan insanlar idarə edir. Onlar isə müharibədə maraqlı deyillər. Yalnız yetim, yoxsul ruslardır ki, hamını nüvə silahı ilə hədələyir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin