Arif Hacılı Prezident Administrasiyasına dəvət olunub - TƏFƏRRÜAT

Hazırda oxunan: Arif Hacılı Prezident Administrasiyasına dəvət olunub - TƏFƏRRÜAT

23830

“Arif Hacılı da Administrasiyaya dəvət olunub, oradakı görüşlərdə iştirak edib. Yenə də iqtidar-müxalifət konsensusu olduqca vacibdir. Ola bilsin ki, həll olunmayan hər hansı bir məsələlər var. Müzakirə pəncərələrini bir daha açmaq lazımdır”.

Bu sözləri Bizim.Media ilə müsahibə zamanı millət vəkili Etibar Əliyev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Razi Nurullayevdən Arif Hacılıya sərt TƏNQİD – “Erməni ilə fərqinizi izah edə bilərsizmi?”


Onun sözlərinə görə, iqtidar-müxalifət konsensusunun (ziddiyyətli məsələdə ümumi dil tapmağın) yaranması istiqamətində müəyyən addımlar atılıb:

“44 günlük savaşdan qalib xalq kimi çıxdıq və torpaqlarımız işğaldan azad olundu. Lakin istənilən xoşagəlməz hadisə, təxribatla bağlı ölkə rəhbərliyini qınamaq, bunu hökumətlə bağlamaq əlbəttə ki, ədalətsizlikdir. Düşünürəm ki, görüləcək işlərimiz çoxdur. Qarabağın bərpası uğrunda işlər gedir. Amma sözügedən ittiham xoşagəlmzidir və mən də öz münasibətimi bildirmişəm”.

Xatırladaq ki, Etibar Əliyev daha əvvəlki açıqlamasında bəzi siyasi oyunbazların dəhşətli olaydan sui-istifadə etmək istədiyini açıqlayıb.

Etibar Əliyev Arif Hacılını rəhbərlik etdiyi partiyanı “yola verməkdə” ittiham edib:


“Allahdan şəhid olmuş qardaşlarımıza Rəhmət diləyirəm. Təəsüflər olsun ki, bəzi siyasi oyunbazlar bu dəhşətli olaydan sui-istifadə etməyə çalışırlar. Konkret olaraq Arif  Hacılın adı gələndə mərhum Vurğun Əyyubun bir fikri yadıma düşür:  

“Arif Hacılı üç səslə Musavat başqanı seçilib.”

Adam elə 3 səslə də özünü İsa Qəmbərin dəstəyi ilə başqan elan edərək “partiyanı” yola verir. Üç səslə seçilmiş bir adamı hələ danışıqlara dəvət edirlər.

Onunla söhbətlər aparırlar.  Bunun nə mənası var? Arif Hacılı kimi “siyasətçi”lər köhnə patefon vallarını xatırladırlar. 1988-1993-cü illərdə səsləndirdikləri fikirlərləri ilə indiki fikirləri arasında elə bir prinsipal fərq yoxdur”.

Etibar Əliyevin fikrincə, “Arif Hacılı kimi darqursaqlar zəfəri anlamaq gücündə deyillər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin