"Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkəmizdən Amerika Birləşmiş Ştatlarına süfrə yumurtası ixracına başlayır".
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, ötən ildən ABŞ-də quş qripinin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin artması müşahidə olunmaqdadır. ABŞ hökuməti bu prosesin qarşısını almaq üçün xarici ölkələrdən yumurta idxalına icazə verib.
Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan "Giləzi Quşçuluq" ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib. Bu aydan etibarən şirkət ABŞ-a müntəzəm yumurta ixracına başlayır:
"ABŞ-a ixracın başlanması Azərbaycan daxilində yumurta təchizatı və qiymətlərə hər hansı təsir etməyəcək. Belə ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat dörd milyona yaxındır. Faktiki istehsal isə altı milyon civarındadır. Bu istehsalın az bir qismi ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 100 milyon ədədə qədər yumurta var".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:30 / 06.03.2025
Azərbaycan ABŞ-a yumurta ixracına BAŞLAYIR
Hazırda oxunan: Azərbaycan ABŞ-a yumurta ixracına BAŞLAYIR
Hazırda oxunan: Azərbaycan ABŞ-a yumurta ixracına BAŞLAYIR
237948
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.