Ərdoğan: “İğdır-Naxçıvan kəməri Naxçıvanın təbii qaz ehtiyacını ən azı 30 il təmin edəcək”

Hazırda oxunan: Ərdoğan: “İğdır-Naxçıvan kəməri Naxçıvanın təbii qaz ehtiyacını ən azı 30 il təmin edəcək”

237861

“İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasimində çıxışında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin AÇILIŞ MƏRASİMİNDƏ - VİDEO


Prezident Ərdoğan qeyd edib:

“BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin