“Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşdırılmasına da imkan verdi”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin AÇILIŞ MƏRASİMİNDƏ - VİDEO
“Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir.
Həm ölkələrimiz üçün, həm də daha geniş coğrafiya üçün, xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat xəttinin çox böyük mənası var, çox böyük faydası var”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bizim.Media