Martın 3-də Azərbaycanın sədrliyi ilə GUAM Parlament Assambleyasının onlayn iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, GUAM-a üzv ölkələrin parlamentarilərinin qatıldıqları tədbirdə birgə komitə iclası və büro toplantısında yekun sənədin son variantı təsdiqlənib.
Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsi sədrinin birinci müavini Tornike Çxeişvili çıxışında GUAM-a üzv ölkələr arasında sektoral əməkdaşlığın təşviqinin hər zaman düzgün istiqamətdə atılmış addım olduğunu bildirib.
Onun sözlərinə görə, GUAM çərçivəsində ticarət, rabitə, energetika və nəqliyyat sahələrində geniş imkanlar mövcuddur və bu istiqamətdə milli parlamentlər də mühüm rol oynaya bilər.
İclasda regionda sülhün qorunmasının vacibliyi qeyd edilib, Gürcüstanın bu istiqamətdə prioritetləri diqqətə çatdırılıb.
Sessiyanın sonunda Assambleyanın yekun sənədi olan Kommünike qəbul edilib və GUAM Parlament Assambleyasına sədrlik bir il müddətə Azərbaycandan Gürcüstana keçib.
Bizim.Media