İqtisadiyyat naziri Mikayıl Cabbarovun Xorvatiyaya səfəri çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə bu ölkənin bir sıra rəsmiləri və şirkət rəhbəri ilə görüşlər keçirilib.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, Xorvatiyanın iqtisadiyyat naziri, Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın həmsədri Ante Şuşnyar ilə işgüzar nahar formatında görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, özəl sektor, sərmayələrin təşviqi, enerji, turizm, əczaçılıq, tranzit daşımaları sahələri üzrə birgə fəaliyyətin perspektivləri barədə müzakirə aparılıb.
Xorvatiyanın ətraf mühitin mühafizəsi və yaşıl keçid naziri Mariya Vuçkoviç ilə görüşdə ölkələrimizin mühüm tərəfdaşlıq istiqaməti olan energetika sahəsində birgə fəaliyyətin şaxələndirilməsi barədə fikir mübadiləsi aparılıb. Yaşıl enerjiyə keçidi və səmərəli iqlim fəaliyyətini dəstəkləyən təşəbbüslər üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.
Xorvatiyanın “Prvo Plinarsko Druştvo” (PPD) şirkətinin rəhbəri Pavao Vuynovak ilə görüş zamanı şirkətin Azərbaycanla əməkdaşlıq potensialı, enerji və qida sənayesi sahələrində fəaliyyətin əlaqələndirilməsi imkanları haqqında fikir mübadiləsi aparılıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
04:50 / 01.03.2025
Azərbaycanla Xorvatiya arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO
Hazırda oxunan: Azərbaycanla Xorvatiya arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO
Hazırda oxunan: Azərbaycanla Xorvatiya arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO
237102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.