Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Bakıda Zəfər parkını ziyarət edib.
Bizim.Media xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qvineya-Bisau Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub
Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:16 / 27.02.2025
Qvineya-Bisau Prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - FOTO
Hazırda oxunan: Qvineya-Bisau Prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - FOTO
Hazırda oxunan: Qvineya-Bisau Prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - FOTO
236877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.