“Stomatoloji kabinetlərlə bağlı müraciət daxil olsa, yoxlamalar aparılacaq”.
Bizim.Media xəbər verir ki, bunu Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edən səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
“Rəsmi olaraq hər hansı bir stomatoloji fəaliyyətlə və yaxud hər hansı qüsurlu məsələ ilə bağlı müraciət olunursa, Səhiyyə Nazirliyi dərhal bu məsələni araşdırır, həmin müəssisələrdə yoxlama təşkil edilir və nəticələri dərc olunur. Son dönəmdə stomatoloji fəaliyyətlə bağlı şikayətlər daxil olub. Qeyri-qanuni yolla bu fəaliyyətlə məşğul olanlar təbii ki, cərimələnir. Bu istiqamətdə Analitik-Ekspertiza Mərkəzi fəaliyyət göstərir. Kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna heç nə edə bilməz", - deyə nazir qeyd edib.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Siyasət
11:06 / 26.02.2025
Teymur Musayev: “Kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna heç nə edə bilməz” - VİDEO
Hazırda oxunan: Teymur Musayev: “Kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna heç nə edə bilməz” - VİDEO
Hazırda oxunan: Teymur Musayev: “Kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna heç nə edə bilməz” - VİDEO
236613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.