Məlum olduğu kimi, fevralın 21-də Prezident İlham Əliyev “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs yaradılıb. Yeni agentlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” əsasında yaradılıb.
Bəs, Mülki Aviasiya Agentliyinin yaradılması hansı töhfələri verəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Aydın Hüseynov bildirib ki, Dövlət Mülki Aviasiya Agentliyinin yaradılması ilə bağlı konkret hədəflər müəyyən edib:
“Əsas hədəf isə mülki aviasiyada uçuşların təhlükəsizliyinin artırılması, müvafiq qanunvericiliyə uyğun olaraq uçuşların keyfiyyətinin yüksəldilməsi və bu sahədə iqtisadi səmərəliliyin artırılmasıdır. Bunun üçün mülki aviasiya sahəsində yeni normativ-hüquqi aktların hazırlanması və tətbiqi, aviasiya standartlarının müəyyən edilməsi nəzərdə tutulur. Yeni yaradılacaq hüquqi və texniki baza əsasında aviasiya infrastrukturu müasirləşdiriləcək, aeroportlar və digər aviasiya obyektlərinin sürətli inkişafı təmin ediləcək.
Təbii ki, burda beynəlxalq aviasiya təşkilatları ilə əməkdaşlığın qurulması, müvafiq standartların və təcrübələrin öyrənilməsi də vacibdir. Bununla bağlı da müvafiq addımlar atılacaq”.
Müsahibimiz əlavə edib ki, Dövlət başçısının Fərmanı mülki aviasiyanın inkişafı üçün böyük perspektivlər vəd edir:
“Fərmana əsasən aviasiya sahəsində ictimaiyyətin məlumatlandırılmasından tutmuş, uçuş təhlükəsizliyi barədə maarifləndirmə işlərinə qədər digər zəruri addımlar da atılacaq. Eyni zamanda, aviasiya sahəsində müasir texnologiyaların tətbiqi, innovativ həllərin təşviqi də diqqət mərkəzində olacaq. Bir sözlə Fərman mülki aviasiyanın daha təhlükəsiz, səmərəli və müasir standartlara uyğun inkişafını təmin etməyə yönəlib”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Siyasət
08:40 / 26.02.2025
Yeni yaradılan Mülki Aviasiya Agentliyi hansı İŞLƏRİ GÖRƏCƏK? - AÇIQLAMA
Hazırda oxunan: Yeni yaradılan Mülki Aviasiya Agentliyi hansı İŞLƏRİ GÖRƏCƏK? - AÇIQLAMA
Hazırda oxunan: Yeni yaradılan Mülki Aviasiya Agentliyi hansı İŞLƏRİ GÖRƏCƏK? - AÇIQLAMA
236534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.