Türk Dövlətləri Təşkilatının (TDT) sosial şəbəkə hesabında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, paylaşım TDT-nin rəsmi “X” hesabında edilib.
"Bu gün biz Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi, müasir tarixin ən faciəli və vəhşi əməllərindən biri olan Xocalı soyqırımının 33-cü ildönümünü qeyd edirik.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 nəfər girov götürülüb.
Bu anım günündə bir daha Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğumuzu vurğulayırıq", - paylaşımda qeyd edilib.
Today, we commemorate the 33rd anniversary of the Khojaly genocide, one of the most tragic and brutal acts in modern history, committed by Armenian forces against Azerbaijani civilians during the First Karabakh War. On the night of 25-26 February 1992, the town of Khojaly… pic.twitter.com/PX9MX0PK1R
— Organization of Turkic States (@Turkic_States) February 25, 2025
Bizim.Media