“İnşallah, aprel ayında, hər şey müzakirə edildikdən və qərar qəbul olunduqdan sonra mən 2 milyard dollar dəyərində razılıqları tamamlamaq üçün yenə də Sizi İslamabadda qəbul etməkdən böyük şərəf və sevinc hissi keçirəcəyəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib.
“Bu, bizim ticarət və investisiya münasibətlərimizdə ilk keyfiyyətli sıçrayış olacaq və qardaşlıq əlaqələrimizi əhəmiyyətli dərəcədə əks etdirəcək”, - deyən Baş nazir bildirib ki, “çünki bizim dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə, beynəlxalq forumlarda düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olmuşdur.
Lakin hesab edirəm ki, iş birliyimiz, ticarətimiz, investisiya münasibətlərimiz bizim əlaqələrin həqiqi gücünü əks etdirmirdi. Hesab edirəm ki, bu gün biz bu hədəfə çatdıq və inşallah, bir aydan sonra biz həmin böyük qərarın həyata keçirilməsini qeyd edəcəyik”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
20:41 / 24.02.2025
Şahbaz Şərif: “Ticarətimiz Azərbaycanla əlaqələrimizin həqiqi gücünü əks etdirmirdi, lakin indi…”
Hazırda oxunan: Şahbaz Şərif: “Ticarətimiz Azərbaycanla əlaqələrimizin həqiqi gücünü əks etdirmirdi, lakin indi…”
Hazırda oxunan: Şahbaz Şərif: “Ticarətimiz Azərbaycanla əlaqələrimizin həqiqi gücünü əks etdirmirdi, lakin indi…”
236351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.