Diversantlarda jurnalistlərin bu yolla getdiyi barədə kəşfiyyat məlumatı olub - Təxribatın müəllifləri... 

Hazırda oxunan: Diversantlarda jurnalistlərin bu yolla getdiyi barədə kəşfiyyat məlumatı olub - Təxribatın müəllifləri... 

23630

“İyunun 3-də Kəlbəcərdə 2 jurnalistimizin və bir məmurumuzun həlak olmasıyla nəticələnən terror-təxribat hadisəsiylə bağlı yayılan videokadrlardan aydın görünür ki, mina yola yenicə basdırılıb - avtomobilin hərəkət istiqaməti üzrə sol tərəfdə torpağın yenicə qurumuş fərqli rəngi dərhal nəzərə çarpır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlü minaya düşərək həlak olan jurnalistlərlə bağlı feysbukdakı l paylaşımında qeyd edib.

Onun sözlərinə görə, diversantlarda bu yolla hərəkət edən avtomobildə məhz jurnalistlərin getdiyi haqqında əvvəlcədən kəşfiyyat məlumatı olub, planlaşdırılan terrorun doğuracağı beynəlxalq rezonans öncədən hesablanıb:

“Belə görünür ki, bu təxribatın da müəllifləri məhz Bayden-Putin, Bayden-Ərdoğan və Əliyev-Ərdoğan görüşünədək Ermənistan - Azərbaycan sərhədlərində gərginliyi artırmaqda maraqlı olan, münaqişənin hələ bitmədiyi və hər an alovlana biləcəyi mesajını verməyə, Qarabağ ermənilərinin müqavimət göstərəcəyi, müstəqillik arzularının davam edəcəyi fikrinin beynəlmiləlləşməsinə çalışanlardır. Belə bir şəraitdə, Azərbaycan tərəfinin bir neçə gün əvvəl Kəlbəcər istiqamətində ələ keçirdiyi 6 diversantı (içərisində biri zabitdir) təkrar peşəkar şəkildə dindirməsi və bu dindirmə zamanı əldə edilən etirafların ictimailəşdirilməsi həm jurnalistlərimizə qarşı əvvəlcədən terror hazırlayanların kimliyinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynaya bilər, həm də Ermənistandakı seçkilərin gedişinə ciddi təsir göstərmiş olar...”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin