Daria Qrevtsova: “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” – ÖZƏL

Hazırda oxunan: Daria Qrevtsova: “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” – ÖZƏL

236285

“Azərbaycan və Ermənistan arasında sülh danışıqları və sülh müqaviləsinin imzalanması Ermənistan Konstitusiyasının dəyişdirilmədən mümkün deyil”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.

Paşinyan hakimiyyətini itirməmək üçün...

Ermənistanda konstitutsiyaya dəyişikliklərin 2026-cı ildə planlaşdırılmasını şərh edən analitik, bu vaxta qədər iki ölkə arasında sülhün olmayacağına diqqət çəkib.

“Paşinyan bunu yaxşı başa düşür. O, hətta 2026-cı ildə konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilə biləcəyini bildirib. Ancaq bir çoxları sual verir ki, əgər bunu indi etmək mümkündürsə, niyə sonraya saxlayır? Ola bilsin ki, Paşinyan cəmiyyəti belə bir konstitusiya dəyişikliyinə hazırlamaq istəyir, öz vətəndaşlarının kütləvi düşüncəsi üzərində işləyir ki, “Qarabağ klanı” nümayəndələri onu vəzifədən uzaqlaşdırmasın”, - deyə D.Qrevtsova bildirib.

Daria Qrevtsova qeyd edib ki, konstitutsiya dəyişikliyi olmadan imzalana biləcək sülh, qeyri-rəsmi sənəd kimi qiymətləndiriləcək:

“Ərazi iddiaları olan bir qanunverciliklə bunu etmək düzgün deyil”

Buna görə də o, addım-addım Ermənistan cəmiyyətini Konstitusiya dəyişikliklərinə hazırlayır. Çünki hüquqi baxımdan başa düşür ki, konstitusiya dəyişmədən sülh müqaviləsi imzalamaq mümkün deyil. Əks halda, hakimiyyətə gələn hər hansı yeni baş nazir bu müqaviləni sadəcə ləğv edə bilər. Çünki konstitusiya istənilən müqavilə və qanundan daha üstündür. Buna görə də Paşinyanın konstitusiyanı mümkün qədər tez dəyişdirmək səylərini dəstəkləmək lazımdır”, - deyə analitik əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin