Azərbaycan Prezidenti: “Bruneylə ölkəmizi dostluq münasibətləri birləşdirir”

Hazırda oxunan: Azərbaycan Prezidenti: “Bruneylə ölkəmizi dostluq münasibətləri birləşdirir”

236102

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha milli bayramları münasibəti ilə təbrik məktubu göndərib:

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
 

Azərbaycan ilə Bruneyi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə inkişafı, əməkdaşlığımızın genişləndirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.


Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin