“Media nümayəndələrinin dünən minaya düşərək həlak olması Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1738 saylı qətnaməsinin pozulmasıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.
O, BMT qətnaməsində yazılanlara diqqət çəkərək bunları qeyd edib:
“Qətnamədə qeyd edilir ki, jurnalistlər, media nümayəndələri və əlaqəli işçilər də daxil olmaqla mülki şəxslərin qorunması ilə əlaqəli beynəlxalq hüquqa əsasən silahlı qarşıdurmada iştirak edən bütün tərəflərin öhdəliklərinə tam əməl etmələri tələb olunur”.
Bizim.Media
UNSCR 1738-"Recalls in this regard that journalists, media professionals,associated personnel engaged in dangerous professional missions in areas of armed conflict shall be considered as civilians,respected and protected"//t.co/6GVfEEu86s #ArmenianWarCrimes pic.twitter.com/3BbjWOaCFM
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 5, 2021

































































































