Özbəkistan Respublikası Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetinin rektoru Azizxon Nodirovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, görüş “İslahatçı Gənclər" İctimai Birliyinin təşəbbüsü ilə baş tutub.
Görüşdə Azərbaycan mətbuat Şurasının idarə heyətinin üzvləri Hacıbəy Heydərli və Aqil Ələsgər, “İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycan və Özbəkistan arasında bütün sahələr üzrə inkişaf etməkdə olan əlaqələr müzakirə edilib.
Fərid Şahbazlı çıxışında bildirib ki, iki ölkəni tarixi dostluq, qardaşlıq və strateji əməkdaşlıq əlaqələri birləşdirir. O qeyd edib ki, Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev arasındakı yaxın dostluq münasibətləri dövlətlərarsı münasibətə də müsbət təsir edir.
Çıxış edən rektor Azizxon Nodirov rəhbərlik etdiyi universitetin fəaliyyəti, Azərbaycanda universitetlərlə və ayrı-ayrı qurumlarla keçirdiyi görüşlər haqqında danışaraq iki ölkə arasında əməkdaşlıq əlaqələrin sürətlə inkiaşf etdiyini bildirib.
“Bu əlaqələrin təhsil sahəsində daha da genişlənməsinə çox böyük ehtiyac var” – deyə o qeyd edib.
Tədbirdə çıxış edən digər qonaqlar da Azərbaycanla Özbəkistan arasında dostluq, qardaşlıq münasibətinlərinə diqqət çəkiblər.
Görüşdə Özbəkistanın Azərbaycanın Füzuli şəhərində məktəb inşa etməsinin böyük mənəvi dəyəri olduğu qeyd edilib. Bildirilib ki, təhsil əlaqələrinin inkişafı hər iki ölkə arasında akademik əlaqələrin daha da inkişafına dəstək verəcək, həm Azərbaycanda, həm də Özbəkistanda tələbələrin təhsil almasına xidmət edəcək.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
18:04 / 19.02.2025
Özbəkistanlı rektor Azərbaycanın ictimaiyyət nümayəndələri ilə GÖRÜŞDÜ – FOTO
Hazırda oxunan: Özbəkistanlı rektor Azərbaycanın ictimaiyyət nümayəndələri ilə GÖRÜŞDÜ – FOTO
Hazırda oxunan: Özbəkistanlı rektor Azərbaycanın ictimaiyyət nümayəndələri ilə GÖRÜŞDÜ – FOTO
235551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.