Prezident Ağdam və Əsgəran səfəri ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO

Hazırda oxunan: Prezident Ağdam və Əsgəran səfəri ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO

235422

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam və Əsgəran səfəri ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib.

Bizim.Media xəbər verir ki, paylaşımda “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda və Əsgəran qalasında (18.02.2025)” sözləri qeyd edilib.

Qeyd edək ki, İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamda “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar.
 

Daha sonra dövlətimizin başçısı və Mehriban Əliyeva “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak ediblər.


Bununla yanaşı, Ağdamda 1 nömrəli körpələr evi-uşaq bağçasında, 1 nömrəli tam orta məktəbdə, Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olublar.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin