Azərbaycan Türkmənistanda beynəlxalq sərgidə təmsil olundu - FOTO

Hazırda oxunan: Azərbaycan Türkmənistanda beynəlxalq sərgidə təmsil olundu - FOTO

235379

Azərbaycan Türkmənistan Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən “Diplomatiya Günü”nə həsr edilmiş sərgidə təmsil olunub.

Azərbaycanın Türkmənistandakı Səfirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və turizm potensialını əks etdirən kitablar, broşürlər, foto-açıqcalar, suvenirlər və sənətkarlıq nümunələri, habelə “Made in Azerbaijan” brendi məhsulları sərgilənib. 

Eyni zamanda, türkmən dilində nəşr olunmuş Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Əbədiyyət dastanı” və Nizami Gəncəvinin əsərləri sərgi iştirakçılarına təqdim olunub.
 

Sərgi çərçivəsində COP29-a dair informativ məlumatlar əks olunmuş bannerlər nümayiş etdirilib, həmçinin COP29-da əldə olunan nailiyyətlər və xronoloji statistik məlumatları ətraflı əks etdirən videoçarx da göstərilib. Eləcə də tədbirdə milli geyimlərimiz sərgilənib, habelə “Azerbaijan.travel” turizm platformasının təqdimatı keçirilib. Ziyarətçilərə Azərbaycanın zəngin milli mətbəxi barədə məlumat verilib, ləziz yeməklər və şirniyyatlar təqdim edilib.


Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ölkə rəsmiləri və diplomatik korpusun nümayəndələri ilə birlikdə Azərbaycan stendi ilə tanış olub. Sərgiyə gələn qonaqlar Azərbaycan guşəsinə böyük maraq göstəriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin