Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar.
Bizim.Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verib.
Qeyd edilib ki, 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb.
Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:02 / 18.02.2025
Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası inşa edilir - FOTO/VİDEO
Hazırda oxunan: Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası inşa edilir - FOTO/VİDEO
Hazırda oxunan: Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası inşa edilir - FOTO/VİDEO
235343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.