Azərbaycanla Özbəkistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Yol xəritəsi İMZALANDI - FOTO

Hazırda oxunan: Azərbaycanla Özbəkistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Yol xəritəsi İMZALANDI - FOTO

235245

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullaev ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ilə Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyi arasında əməkdaşlığa dair Yol xəritəsi imzalanıb.

Sərgi zamanı V.Mustafayev Türkiyə Respublikasının "Makine ve Kimya Endüstrisi", BƏƏ-nin “International Golden Group”, Serbiya Respublikasının “Jugoimport” və Almaniya Federativ Respublikasının “Rheinmetall” şirkətlərinin rəhbərləri ilə də görüşüb.

Görüşlərdə müdafiə sənayesində birgə əməkdaşlıq imkanları, hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin