Avropa “qış yuxusu”ndan OYANIR – Bu ölkələr Ukraynaya qoşun göndərməyə HAZIRLAŞIR – ADLAR

Hazırda oxunan: Avropa “qış yuxusu”ndan OYANIR – Bu ölkələr Ukraynaya qoşun göndərməyə HAZIRLAŞIR – ADLAR

235143

Ukraynada müharibənin dayandırılması üçün ABŞ Prezidenti Donald Trampın atdığı addımlar fonunda Avropa İttifaqı da mümkün atəşkəsi qorumaq üçün Ukraynaya qoşun yeridə biləcəyini bəyan edib.

Aİ diplomatiyasının yeni rəhbəri Kaya Kallas bu barədə çıxış edib.

“Bu günə qədər hansı ölkələrin öz ordusunu Ukraynaya göndərməyə hazır olduğu müzakirə olunurdu, məncə, heç nəyi istisna etmək olmaz”, – siyasətçi deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rubio: "Tramp Ukrayna danışıqlarına başlaya bilən yeganə liderdir" - VİDEO


Kallasın sözlərinə görə, Avropa İttifaqı öz silahlı qüvvələrini bu ölkəyə göndərməklə Ukraynada atəşkəsin qorunmasında iştirak edə bilər.

Eyni zamanda, Polşa xarici işlər naziri Radoslav Sikorski də Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bəyan edib ki, Avropa ölkələri gec-tez Ukraynaya qoşun yeritmək məcburiyyətində qalacaqlar.

“ABŞ prezidenti Donald Tramp razılaşmanın bir hissəsi kimi Avropa qoşunlarının Ukraynada olmasını deyirsə və bizdən bunu təmin etməyi tələb edirsə, gec-tez bu həyata keçiriləcək”, - deyə Radoslav Sikorski bildirib.

Bu arada Böyük Britaniya baş naziri Keyr Starmer də anoloji açıqlama verib. O da bildirib ki, istənilən sülh sazişinin icrasına nəzarət etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır. Ukraynanın təhlükəsizliyinin təmin edilməsində istənilən rol bütün Avropanın təhlükəsizliyini gücləndirməyə kömək edəcək”, - o bildirib.

Avropa Ukraynaya qoşun göndərəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, Aİ-nin Ukraynaya qoşun göndərməsi istəyinin gerçəkləşməsi mümkünsüz olmaqla yanaşı, qeyri-ciddidir:

“Aİ-nin müharibədən sonra Ukraynanın təhlükəsizliyi üçün bu ölkəyə öz qoşunlarını yeritməsi nəzəri cəhətdən mümkündür. Amma əməli baxımdan mümkünsüzdür. Aİ-də qərarlar qurum tərəfindən konsensus əsasında qəbul edilir. Lakin Aİ ölkələri içərisində Avropanın Ukrayna müharibəsinə qarışmamaq niyyətində qəti olan ölkələr də var. Onlar heç bir halda bu müharibəyə qarışmaq istəmir.

Ona görə bu məsələdə Avropanın ayrı-ayrı ölkələri qərar qəbul edə bilər. Amma onların təklikdə qərar qəbul etməyə cəsarətləri çatmaz. Qurumun bu məsələ barədə razılığa gəlməsi qeyri-mümkündür. Bir sıra digər məsələlər kimi, onlarda bu istiqamətdə siyasi iradə yoxdur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin