Allahşükür Paşazadə Moskva Patriarxiyasının nümayəndəsi ilə görüşdü

Hazırda oxunan: Allahşükür Paşazadə Moskva Patriarxiyasının nümayəndəsi ilə görüşdü

23498

İyunun 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda işgüzar səfərdə olan Rus Pravoslav Kilsəsinin nümayəndəsini - Moskva Patriarxiyası Xarici Kilsə Əlaqələri şöbəsinin sədr müavini Arximandrit Filareti qəbul edib.

QMİ-nin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Şeyxülislam A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsi üçün Rus Pravoslav kilsəsi ilə əlaqələrin xüsusi önəm kəsb etdiyini vurğulayaraq, iki dini mərkəz arasında ənənəvi dostluq, qarşılıqlı ehtiram və sıx əməkdaşlıq əlaqələrin mövcud olduğunu qeyd edib, bu əlaqələrin qlobal dinlərarası dialoqa böyük töhfə verdiyini bildirib.

Görüş çərçivəsində işğaldan azad olunmuş Azərbaycan ərazilərində dini məbədlərin bərpası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin