Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, intensiv siyasi dialoqun əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, təhsil, mədəniyyət və digər sahələrdə müsbət şəkildə irəliləməsinə mühüm töhfə verdiyini qeyd edib.
Tərəflər həmçinin Yaxın Şərqdəki cari vəziyyət ətrafında müzakirələr aparıblar.
Regionda sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyəti bir daha vurğulanıb.
Azərbaycan və İraq arasında tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin beynəlxalq platformalarda da öz əksini tapdığı vurğulanıb.
İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırladığını bildirərək, ölkəsinin Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu, ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxşı imkanların mövcudluğunu qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
23:43 / 15.02.2025
Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyətdən DANIŞDILAR - FOTO
Hazırda oxunan: Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyətdən DANIŞDILAR - FOTO
Hazırda oxunan: Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyətdən DANIŞDILAR - FOTO
234951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.