Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Bizim.Media Rüfət Mahmudun dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Rüfət Mahmud “İçərişəhər” Dövlət Qoruğuna sədr təyin edildi – SƏRƏNCAM
Rüfət Mahmud 2001-2006-cı illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
O, 2007-ci ilin avqust-sentyabr aylarında Dünya Bankında məsləhətçi kimi fəaliyyət göstərib. 2008-2009-cu illərə isə İqtisadiyyat Nazirliyində departament müdiri vəzifəsini icra edib.
R.Mahmud 2009-2010-cu illərdə Beynəlxalq Valyuta Fondunda iqtisadçı kimi çalışıb. 2009-2018-cü illərdə Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının sədri olub. 2019-2022-ci illərdə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb.
O, 2023-cü il yanvarın 11-də “Socar Rus” MMC-nin rəhbəri təyin edilib.
Bizim.Media