Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.
Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Səfir Seferino Valdez Peralta Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Paraqvayın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Paraqvay arasında parlamentlərarası, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunun, Paraqvay parlamentində Azərbaycanla dostluq qrupunun tezliklə ölkəmizə səfər edəcəyi bildirilib, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb. Bildirilib ki, Paraqvay region ölkələrinə öz ixracının artırılması üçün Azərbaycanı logistik mərkəz kimi görür.
Söhbət zamanı SOCAR ilə Paraqvayın neft şirkəti arasında təmasların olduğu qeyd edilib, ölkələrimizin biznes dairələrinin əlaqələrinin yaradılması məsələsi vurğulanıb.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/13/1739430920_17394302462073356404_1200x630.jpg)
- A-
- A
- A+
Siyasət
10:38 / 13.02.2025
İlham Əliyev Paraqvayın yeni səfirini qəbul edib - FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev Paraqvayın yeni səfirini qəbul edib - FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev Paraqvayın yeni səfirini qəbul edib - FOTO/VİDEO
234537
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.