Mərkəzi Seçki Komissiyasının iclası keçirildi - FOTO/VİDEO

Hazırda oxunan: Mərkəzi Seçki Komissiyasının iclası keçirildi - FOTO/VİDEO

234503

Məzahir Pənahovun sədrliyi ilə fevralın 12-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Komissiyanın 10 fevral tarixli iclasının protokolu təsdiq edilib.

Sonra 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.

Maraqlı subyektlərin də qatıldığı iclasda müraciətlərlə bağlı aparılan müzakirələr zamanı əvvəlcə ərizəçilərin özlərinin bilavasitə iştirakı ilə reallaşdırılan hərtərəfli, obyektiv və şəffaf araşdırma prosesi barədə ətraflı məlumat verilib. 
 

Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlərin geniş müzakirəsi nəticəsində Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərinə uyğun müvafiq qərarlar qəbul edib.


Media mənsublarının da iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə də baxılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin