Avropa İttifaqının (Aİ) “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, fevralın 12-i saat 10:09-da Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə 2 ədədinin üzərində Avropa İttifaqının və 1 ədədinin üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bayrağının olduğu 3 ədəd yolsuzluq avtomobili və Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd "UAZ Patriot" markalı avtomobilin gəlməsi, 2-i hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 6 nəfər şəxsin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək mövqelərimiz istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb.
Missiya nümayəndələri saat 11:54-də ərazini tərk edərək geri qayıdıblar.
Aİ və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/12/1739385968_1.jpg)
- A-
- A
- A+
Siyasət
22:42 / 12.02.2025
Aİ "missiyası" növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - VİDEO
Hazırda oxunan: Aİ "missiyası" növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - VİDEO
Hazırda oxunan: Aİ "missiyası" növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - VİDEO
234490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.