Somali Prezidenti Bakıda belə qarşılandı - FOTO

Hazırda oxunan: Somali Prezidenti Bakıda belə qarşılandı - FOTO

234368

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 

Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşılayıb.


Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verib.

Somali Federativ Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin