İlham Əliyev imperialist keçmişi olan ölkələrin dominantlığından danışdı

Hazırda oxunan: İlham Əliyev imperialist keçmişi olan ölkələrin dominantlığından danışdı

234361

"Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır".

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində söyləyib.

“Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq”, - deyən dövlətimizin başçısı heç də hər bir ölkənin bunu etmək üçün potensiala malik olmadığını vurğulayıb.
Prezident, həmçinin bildirib “İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin