İlham Əliyev Azərbaycanın ÜTT-yə üzv olmamasının səbəblərini AÇIQLADI - VİDEO

Hazırda oxunan: İlham Əliyev Azərbaycanın ÜTT-yə üzv olmamasının səbəblərini AÇIQLADI - VİDEO

234354

Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı deyib ki, uzun illərdir danışıqların aktiv mərhələsində olmasına baxmayaraq, Azərbaycanın hələ də Ümumdünya Ticarət Təşkilatına üzv olmamasının səbəbi proteksionizm, ikili standartlar, tariflərdir.

Azərbaycan liderinin sözlərinə görə, bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir.

Azərbaycan iqtisadiyyatının özünü təmin etdiyini xatırladan Prezident bildirib ki, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz qəbul olunarsa, proses daha da rəvan gedər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin